Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mayora hücum edən idmançıların həbsi uzadıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidən uzadılıb.

Yenixeber.org-un məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb. 

Hakim yeni sübutların toplanması üçün təqdimatı təmin edib. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti daha 1 ay 5 gün uzadılıb.

Qeyd edək ki, təqsirləndirilənlərlə zərərçəkmiş Fuad Zeynalov arasında artıq barışıq əldə olunub. İdmançılara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, bu il yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədərək Fuad Zeynalova hücum etmişdilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam