Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ermənistan hərbçiləri Moskvada Qələbə paradına qatılmayacaq

Ermənistan hərbçiləri Moskvada Qələbə paradında iştirak etməyəcək
Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş paradda 13 ölkədən hərbçilər iştirak edəcək.

Yenixeber.org: Bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, paradda Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistandan olan hərbçilər iştirak edəcəklər.

“13 ölkədən parad birləşmələrinin Qırmızı Meydandan keçməsi çox vacibdir”, - Kremlin rəsmisi vurğulayıb.

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya Qələbə Paradında Ermənistan Baş naziri Nikol Paşinyanın və bu ölkədən olan hərbçilərin iştirak edib-etməyəcəyi ilə bağlı sual ünvanlanıb. Zaxarova bildirib ki, Paşinyan da digər MDB ölkələri liderləri kimi təntənəli tədbirlərə dəvət olunub: “O, gəlməyi planlaşdırıb, planlaşdırır. Lakin bu məlumatın təsdiqi üçün Rusiya Prezident Administrasiyasının mətbuat xidmətinə və əlbəttə ki, Ermənistan hökumət başçısının mətbuat xidmətinə müraciət etmək lazımdır".

Rusiya XİN sözçüsü Ermənistandan olan hərbçilərin paradda iştirak edib-etməyəcəyi ilə bağlı suala Putinin köməkçisi Uşakovun həmin ölkələrin siyahısını açıqladığını deməklə cavab verib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam