Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Bayramov İraq Prezidenti ilə görüşdü -FOTOLAR

bitmap-img6

Xarici işlər naziri Ceyhun Bayramov İraqa səfəri çərçivəsində bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb.
Yenixeber.org: Bununla bağlı Azərbaycan XİN-in feysbuk hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycanla İraq arasında dostluq və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. 
Həmçinin görüşdə ikitərəfli münasibətlərin, o cümlədən ticarət, investisiya, enerji, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans kimi çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsi vurğulanıb.
C.Bayramov, həmçinin regionun münaqişədən sonrakı bərpası səyləri və sülh proqramı haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Hər iki tərəf də qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini bir daha təsdiqləyib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam