Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Deputatlar Türkiyəyə gedir -SƏBƏB

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Sosial və humanitar siyasət komitəsinin iclasında iştirak etmək üçün mayın 13-də Türkiyə Respublikasının Sinop şəhərinə səfər edəcəklər.

Yenixeber.org-un məlumatına görə, Musa Quliyevin sədri olduğu qurumun Sosial və humanitar siyasət komitəsində “QDİƏT regionunda məhdud imkanlı şəxslərin təhsil və məşğulluq səviyyəsinin yüksəldilməsi üzrə mövcud təcrübə və strategiya” mövzusunda məruzə və tövsiyə layihələri müzakirə olunacaq, təşkilatı məsələyə baxılacaq, müvafiq qərarlar qəbul ediləcək. 

Qeyd edək ki, səfər mayın 16-da başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam