Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib- FOTO

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Yenixeber.org-un məlumatına görə, bu barədə Azərbaycan XİN-in "X" səhifəsində bildirilib.

"Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə hərtərəfli müzakirə aparıblar", - məlumatda qeyd olunub.

Öz növbəsində, C.Bayramov qeyd edib ki, Bəhreyn Baş naziri ilə danışıqlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişafı da daxil olmaqla məsələlərin geniş spektrini əhatə edib.

"Biz həmçinin qarşılıqlı maraq doğuran mühüm regional və qlobal hadisələr barədə fikir mübadiləsi apardıq. Əminəm ki, yüksək səviyyəli əlaqələrin və qarşılıqlı səfərlərin intensiv şəkildə davam etməsi ölkələrimiz arasında daha sıx əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək", - nazir sosial şəbəkədə yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam