Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global CyberDrill 2025” tədbirində iştirak ediblər.

Yenixeber.org xəbər verir ki, tədbir Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosu və Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının (UAE Cybersecurity Council) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin ilk günü inkişaf etməkdə olan ölkələrin üzləşdiyi kibertəhlükəsizlik trendləri və bu problemlərin rəqəmsal iqtisadiyyatla dayanıqlı inkişaf sahələrinə təsiri mövzusunda yüksəksəviyyəli panel müzakirələri ilə açılıb. Tədbirin növbəti iki günü ərzində isə 130 ölkənin milli CERT nümayəndələrinin iştirakı ilə real kiberinsident ssenarilərinə əsaslanan texniki yarışma təşkil olunub. Yarışmada “APT Compromise Detection and Investigation” və “OSINT Dark Web Investigation of Terrorist Cyber-Attack” mövzularında ssenarilər üzrə praktiki tapşırıqlar yerinə yetirilib.

Yarışmanın ikinci kateqoriyası üzrə ETX əməkdaşı Ayxan Hüseynli yüksək nəticə göstərərək 5-ci yeri qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam