Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

İran XİN: Putinin Tehrana səfərinə hazırlıq gedir -YENİLƏNİB

 

Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinin vaxtı hələ razılaşdırılmayıb.

Yenixeber.org-un məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Vaxt hələ razılaşdırılmayıb", - o qeyd edib.

Onun sözlərinə görə, Moskva Tehranla əməkdaşlığı yüksək qiymətləndirir: "Bu ölkə ilə tərəfdaşlıq münasibətlərini və müxtəlif sahələrdə əlaqələrimizin inkişaf səviyyəsini yüksək qiymətləndiririk".

***

Tehran və Moskva Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinə hazırlıq görürlər.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Rusiya Prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin uzunmüddətli inkişaf planında yer alır. Hazırlıqlar, münasib vaxtda baş tutacaq səfərin təşkili ilə bağlı Rusiya tərəfi ilə məsləhətləşmələr aparırıq", - diplomat jurnalistlərə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam