Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək- FOTO

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Yenixeber.org xəbər verir ki, sənəddə balanslaşdırılmış iştiraka yönəlmiş tələbə mübadiləsi proqramları, təhsil və tədqiqat əməkdaşlığını inkişaf etdirmək üçün akademik heyət mübadiləsi, dərs materialları, elmi nəşrlər və digər tədris resurslarının paylaşılması, birgə tədqiqat layihələrinin araşdırılması, tədris və tədqiqat metodologiyalarının inkişafı, bilik və təcrübə mübadiləsi üçün akademik tədbirlərin təşkili nəzərdə tutulub.

Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin beynəlxalq miqyasında tanınmasına, eyni zamanda, dünya təcrübəsindən istifadə edərək yüksəkixtisaslı kadrlar hazırlanmasına nail olmaqdır. Bu istiqamətdə Aİİ ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır.

Hazırda əməkdaşlıq müqavilələri çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam