Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu -FOTOLAR

nar-usaqlarin-huquqlarina-dair-maariflendirici-kampaniyanin-terefdasi-oldu

Sərfəli xidmətləri ilə tanınan “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən maarifləndirici kampaniyaya tərəfdaşlıq edərək, uşaqların hüquqlarının qorunması və bu sahədə məlumatlılığın artırılmasına dəstək verib.

Yenixeber.org: Layihə çərçivəsində uşaqlar üçün maarifləndirici vörkşoplar, hüquqi bilikləri artıran təlimlər, interaktiv yarışmalar və əyləncəli fəaliyyətlər təşkil edilib. Bu fəaliyyətlərin əsas məqsədi uşaqlara hüquqlarını tanıtmaq, onları cəmiyyətin fəal üzvü olmağa təşviq etməkdir. Yarışmalarda fəallıq göstərən uşaqlar bu ilin sonunda Milli Məclisdə baş tutacaq qanunvericilik simulyasiyasında iştirak edəcək və “uşaq hüquqları səfiri” seçiləcəklər. Layihənin növbəti mərhələsində isə ilin sonuna doğru hüquqi məlumat və yardım imkanlarını əhatə edəcək “Hüquqlarını tanı” adlı mobil tətbiqin istifadəyə verilməsi, 14 regionda maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılıb.

Tədbirin açılış mərasimində çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Biz “Nar” olaraq, uşaqların öz hüquqlarını tanıması, qoruması və cəmiyyətin fəal üzvünə çevrilməsi üçün bu cür təşəbbüsləri önəmli hesab edirik. Hər bir uşağın təhlükəsiz və bərabər imkanlı mühitdə böyüməsi üçün üzərimizə düşən sosial məsuliyyəti qürurla icra edirik”.

Sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olaraq, “Nar” uzun illərdir, təhsilin əlçatanlığı, bərabər imkanlar və həssas qruplara dəstək sahəsində ardıcıl layihələr həyata keçirir. Şirkət bu dəfə də uşaqların hüquqlarının tanıdılması və qorunması istiqamətində vacib bir təşəbbüsə dəstək verərək daha dayanıqlı gələcəyin qurulmasına öz töhfəsini verib.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam