Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan səfiri İranın mədəniyyət və islami irşad naziri ilə görüşüb-FOTOLAR

 

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb.

Yenixeber.org xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfə vurğulanaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.

Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi -mədəni abidələrinin qorunması və digər müştərək layihələrin icrası istiqamətində fikir mübadiləsi aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam