Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dollar satılmır: FAKT

 

 Bu gün bütün banklar dollar satışını dayandırıb

Xeberinfo.com:  Bu gün dolların satışının tamamilə dayandırılması ilə bağlı məlumat aldıq. Son günlər bu valyutanın  satışında məhdudiyyətlərin olması məlum idi. Amma bu gün isə bankların birmənalı olaraq satışdan imtinası əməllicə çaşqınlıq yaratmaqdadır.

Məlumatla bağlı xeberinfo.com-un əməkdaşları Xırdalan şəhərində və paytaxtın Yasamal rayonundakı bütün bank filiallarında (“Kapital bank”, “NBCbank”, UNİbank”, “Beynəlxalq bank”, “Muğanbank”  “Rabitəbank” və.s) olub. Bütün banklardan demək olar ki, eyni cavab almışıq: “Kurs məlum deyil, ona görə də dollar satmırıq”.

Ölkənin baş bankiri Elman Rüstəmovun idarəsi isə hər gün kursu müəyyənləşdirdiyini və məzənnəni nəzarətdə saxladığını deyir. De-fakto banklarda nə kurs var, nə də satış. Belə də baş bankirin hansı kursdan, hansı valyutadan və hansı banklardan danışması suallar doğurur. Yoxsa, Elman Rüstəmov Mozambikdəki banklardan danışır. İnanmaq çətindir ki, hətta Mozambikdə də Elman Rüstəmov kimiləri olsun…

 

Xalid   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam