Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Kapital Bank” bütün dollar əməliyyatlarını dayandırdı - FOTOFAKT

“Kapital Bank” bütün dollar əməliyyatlarını dayandırdı (FOTOFAKT)

 

 

Azərbaycanın ən böyük xidmət şəbəkəsinə malik olan bankı - “Kapital Bank” bütün dollar əməliyyatlarını dayandırıb.
Xeberinfo.com:   Məlumata görə, müştərilər gün ərzində dollarla olan pul baratlarını ala bilməyib, dollar alqı-satqısı aparılmayıb, bankda dollar hesabı olan müştərilərin plastik kartlarından istifadəsi məhdudlaşdırılıb. 
Dollar əməliyyatlarının dayandırıldığını “Kapital Bank”ın özü də təsdiqləyib. Bankın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində müştərilər üzləşdikləri problemlə bağlı izahat istəyiblər. “Kapital Bank” nümayəndəsi isə onlara belə cavab verib ki, bankda dollar əməliyyatları dayandırılıb. Lakin bunun səbəbi açıqlanmayıb. “Sadəcə deyə bilərik ki satış dayandırılıb”, - bank nümayəndəsi yazıb.
“Kapital Bank” Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda bu bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan “Kapital Bank” hazırda 2 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir.
Qeyd edək ki, bu gün banklararası valyuta bazarında heç bir əməliyyat keçirilməyib. Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Bildirilir ki, bu səbəbdən Mərkəzi Bankın bu günə olan USD/AZN məzənnəsi yanvarın 7-də də qüvvədə qalacaq.
 
Bu gün USD/AZN məzənnəsi 1,5626 olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam