Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Milli Məclis sədri Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 10-da ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysla görüşüb.

Yenixeber.org: Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfli əməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, təhsil, müdafiə sənayesi və digər sahələri əhatə edir. İki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanaraq, bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərlərinin, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin ötən il COP29-da iştirak üçün ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq gündəliyi baxımından önəmi diqqətə çatdırılıb.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu bildirərək, özünün 2022-ci ildə Böyük Britaniyaya rəsmi səfərini xatırladıb və həmin səfər çərçivəsində keçirdiyi görüşlərin və aparılan müzakirələrin parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan biridir. Spiker Sahibə Qafarova qanunvericilik orqanları arasında əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və sıx dialoqun əhəmiyyətini qeyd edib.
Görüş üçün təşəkkürünü bildirən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdays iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından danışıb, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Qonaq Azərbaycanın olduqca əlverişli geostrateji mövqeyi, Orta Dəhlizin fəaliyyətindəki əhəmiyyətli rolu, yeni istiqamətlər və sahələr üzrə əməkdaşlıq imkanları, Azərbaycanda keçirilmiş COP29-un əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi, siyasi, təhsil, bərpaolunan enerji, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam