Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xaricdə yaşayan azərbaycanlılar üçün ana dili dərslərinə başlanılır

Xaricdə yaşayan azərbaycanlılar üçün ana dili dərslərinə başlanılır

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin 2025–2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesinə start verilib.

Yenixeber.org xəbər verir ki, II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır.

Bildirilib ki, tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin aşılanmasını da əhatə edir.

Qeyd olunub ki, qeydiyyat üçün son müraciət tarixi 28 yanvar 2026-ci ildir.

Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam