Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Rusiyada eyni doğum evində 9 günə 9 körpə öldü -Baş həkim saxlanıldı

 

Rusiyanın Novokuznetsk şəhərinin 1 saylı doğum evində 9 gün ərzində 9 körpə ölüb. 

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin Kuzbas vilayətinin səhiyyə naziri Andrey Tarasov bildirib.  

Faktla bağlı başlanılan istintaqın versiyasına görə, doğum evinin işçi heyətinin öz peşə vəzifələrini lazımi qaydada yerinə yetirməməsi səbəbindən 2026-cı ilin 4-12 yanvar tarixləri arasında yeni doğulmuş 9 körpə vəfat edib. Artıq xəstəxananın baş həkimi Vitali Xeraskov və adı açıqlanmayan şöbə müdiri saxlanılıblar. Onlar ehtiyatsızlıqdan ölümə səbəb olmaqda və səhlənkarlıqda şübhəli bilinirlər.  

Regional səhiyyə nazirliyinin məlumatına görə isə ölən körpələrin hamısında bətndaxili infeksiya aşkarlanıb. 

Qeyd edək ki, 2024-cü ildə sözügedən doğum evində 150 qayda pozuntusu aşkarlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam