Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Vitse-spiker: Aİ Gürcüstanda qarşıdurmanı təşviq edir

 

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi ölkədə qarşıdurmanın təşviqini davam etdirir.

Yenixeber.org xəbər verir ki, bunu Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski Aİ nümayəndəliyinin ölkədə bu gün qeyd olunan Dövlət Bayrağı Günü ilə bağlı paylaşımını şərh edərkən deyib.

Onun sözlərinə görə, nümayəndəlik öz təşəbbüsü ilə deyil, təlimat əsasında hərəkət edir, belə ki, Gürcüstanda ekstremizmin artmasına böyük məbləğdə pullar xərclənib.

Volski vurğulayıb ki, bu gün Aİ-nin Gürcüstandakı nümayəndəliyi konkret siyasi məqsədləri olan birlik kimi fəaliyyət göstərir.

Digər vitse-spiker Nino Tsilosani də paylaşıma münasibət bildirib. O, sosial şəbəkə hesabında yazıb ki, Aİ nümayəndəliyi Dövlət Bayrağı Gününü necə qəribə şəkildə - bayrağı iğtişaş və dövlət çevrilişinin rəmzi kimi başa düşür.

“Sizə də eyni şeyi arzulayıram, dostlar”, - Tsilosani əlavə edib.

Qeyd edək ki, paylaşımda yer alan videoçarxa Tbilisidə zorakılıqla müşayiət olunan etiraz aksiyalarından da kadrlar daxil edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam