Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb

 

Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birgə araşdırma aparır.

Yenixeber.org: Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər. Daha sonra müayinə məqsədilə Quba və Qusar rayon mərkəzi xəstəxanalarına müraciət olunub.

"Onlardan nümunələr götürülüb, vəziyyətləri stabildir. Hazırda araşdırmalar davam edir", - qurumdan qeyd olunub.

Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam