Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

XIII Qlobal Bakı Forumu çərçivəsində çoxtərəfliliyin böhranına həsr olunan panel sessisyası keçirilib

XIII Qlobal Bakı Forumu çərçivəsində "Çoxtərəfliliyin böhranı: Qlobal əməkdaşlığın yenidən düşünülməsi" adlı panel sessisyası keçirilib.

Yenixeber.org xəbər verir ki, paneldə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa dünyanın yalnız milyarder ölkələrdən ibarət olmadığını bildirib.

"Hər bir dövlətin öz gələcəyinə dair fikir söyləmək imkanı olmalıdır", - o vurğulayıb.

Xorvatiyanən sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, dünyada mövcud qaydalar optimal şəkildə tətbiq olunmur:

"Həm kiçik, həm böyük dövlətlərin üzərinə düşən qaydalara riayət edilməlidir. Hazırda dünyada vəziyyətin yaxşıya doğru dəyişməsinə çox da ümid etmirəm. Ona görə də bizə çoxtərəfli təşkilatlar lazımdır. Regional səviyyədən başlayaraq bütün tərəflər BMT ilə işləməlidir".

O diqqətə çatırıb ki, BMT öz mövqeyini açıq formada ifadə etməlidir.

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Mariya Fernanda Espinosa paneldəki çıxışında hazırda çoxtərəfliliyin çətinliklərlə qarşılaşdığına diqqət çəkib:

"Biz burada əməkdaşlıqlar çərçivəsində kollektiv tədbirləri nəzərdə tuturuq - necə razılığa gəlməliyik ki, müstəqilliyimizi və məqsədlərimizi idarə edə bilək".

Seneqalın sabiq prezidenti Maki Sall qeyd edib ki, çətinliklərə baxmayaraq çoxtərəflilik ən yaxşı çərçivə olaraq qalır:

"Burada çağırışlar öz həllini tapa bilər. Millətlərin və dövlətlərin problemlərinin həllini nəzərə alaraq addım atmaq lazımdır. Daha çox dialoq istəyirik ki, ümumi həll variantlarını tapaq. İlk əvvəl aydınlaşdırmalıyıq: xalqlar arasında nəyə nail olmaq istəyirik? Bizə tam şəkildə yeni BMT lazımdır, orada təmsilçilik daha yüksək səviyyədə olmalıdır. Bilirsiniz ki, qlobal əməkdaşlıqda əsas prioritet var. Əsas məsələ sülhə, təhlükəsizliyə və inkişafa vahid yanaşmanı təmin etməkdir. Bu, münaqişələrin qarşısının alınması üçün vacibdir".

Sabiq prezident bildirib ki, BMT və regional təşkilatlar arasında koordinasiya artırılmalıdır.

Avstriyanın sabiq xarici işlər naziri, Ticarət və Avropa Qonşuluq Siyasəti üzrə keçmiş Avropa Komissarı Benita Ferrero-Valdner ön növbəsində müxtəlif ölkələrin qoşulduğu koalisiyaların fəaliyyət göstərməsinin vacibliyini önə çəkib:

"Avropa İttifaqı və digər təşkilatlarda qərarların qəbulu vaxt aparır. Ona görə də konkret məsələr üzrə vacib koalisiyalar yaradılmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam