Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Ceyhun Bayramov isveçrəli həmkarı ilə danışdı...

Azərbaycan və İsveçrə XİN rəhbərləri beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
12 mart tarixində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kasis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Yenixeber.org: Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, nazirlər beynəlxalq və regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Mövcud gərginliyin daha da artmasının yolverilməz olduğu vurğulanaraq, böhranın dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib.

İsveçrə naziri ölkəmizə qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib. O, həmçinin İran ərazisindən İsveçrə vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə ölkəmizə təşəkkür edib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Bu çərçivədə aprel ayında Xarici İşlər Nazirlikləri arasında keçiriləcək siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam