Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

II İliya vəfat etdi

II İliya vəfat etdi

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib.

Yenixeber.org: Bu barədə Qafqaz Tibb Mərkəzində keşiş Şio rəsmi məlumat verib.Patriarx mədə qanaxması diaqnozu ilə Qafqaz Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, II İliya 1977-ci il dekabrın 23-də Bütün Gürcüstanın Katolikos-Patriarxı seçilib.

II İlyanın xeyir-duası ilə müasir gürcü dilində Müqəddəs Kitab, ilahiyyat topluları, broşürlər, kitablar, jurnallar və üç növ təqvim nəşr olunub, qəzetlər təsis edilib.

1988-ci ildə II İlyanın rəhbərliyi altında Mtsxeta İlahiyyat Seminariyası Tbilisiyə köçürülüb və Tbilisi İlahiyyat Akademiyası-Seminariyası yaradılıb, Gürcüstanın müxtəlif yerlərində ilahiyyat məktəbləri açılıb.

Əsrlər boyu kilsənin himayəsi altında Gelati İlahiyyat Akademiyası və Gelati Elmlər Akademiyası yenidən qurulub. İyirmi il ərzində Gürcü Kilsəsinin yeparxiyalarının sayı 15-dən 33-ə, monastırların sayı 53-ə, ruhanilərin sayı isə 1000-ə çatdırılıb. Yeni müqəddəslər müqəddəslər siyahısına daxil edilib, Müqəddəs Üçlük Katedrali tikilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam