Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Keçmiş səfir indi isə XİN-də idarə rəisi olan Həsən Məmmədzadə “Discovery” ilə kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi- VİDEO

Ötən gün paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında avtomobillə motosiklet toqquşub.

Yenixeberorg.com: Motosikletin sahibi, Bakıda kuryer fəaliyyəti ilə məşğul olan Ceyhun Quluzadə “Unikal”a açıqlamasında hadisənin detallarını açıqlayıb:

“Nərimanov rayonunda 99-HZ-003 dövlət qeydiyyat nişanlı “Land Rover Discovery” markalı avtomobilin sürücüsü mənim motosikletimi vurdu. Nəticədə motosikletə ziyan dəydi, benzin çəni partladı. Nəticədə yanacaq yerə dağıldı. Motosikletimi vuran sürücü mənə dəyən ziyanı ödəmək istəmədi. Ondan heç olmasa, yanacağın pulunu verməsini tələb etdim. Lakin o, bunu da yerinə yetirmədi.

Əvəzində isə mənə hədə-qorxu gəlməyə başladı. Daha sonra isə ərazidən uzaqlaşdı”, – deyə zərərçəkən şəxs bildirib.

Məlumata görə, qəzanı törədən şəxs, 99-HZ-003 nömrəli avtomobilin sürücüsü Xarici İşlər Nazirliyinin Təşkilat-nəzarət idarəsinin rəisi Həsən Dilsuz oğlu Məmmədzadədir.

O, XİN-də idarə rəisi təyin olunmazdan əvvəl Azərbaycan Respublikasının Litva Respublikasındakı, daha sonra isə Tacikistandakı səfiri olub. 2021-ci ildə isə səfir vəzifəsindən azad edilib və XİN-dəki vəzifəsinə təyinat alıb.”Unikal”

VİDEO LİNKDƏ: https://xalq.online/kecmis-sefir-indi-ise-xin-de-idare-reisi-olan-hesen-memmedzade-discovery-ile-kuryerin-motosikletini-vurdu-hede-qorxu-geldi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam