Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Pentaqon: ABŞ-nin hipersəsli silahlara qarşı müdafiə sistemi yoxdur

ABŞ Silahlı Qüvvələrində hazırda hipersəsli silahlara və qabaqcıl qanadlı raketlərə qarşı müdafiə sistemi yoxdur.

Yenixeberorg.com-un məlumatına görə, ABŞ müdafiə nazirinin kosmos sahəsində siyasət üzrə köməkçisi Mark Berkoviç bunu Senatın Silahlı Qüvvələr Komitəsinin dinləməsində bildirib.

O, hazırlanan "Qızıl Günbəz" yeni nəsil raketdən müdafiə sistemi ilə bağlı sualları cavablandırarkən mövcud sistemin məhdud olduğunu qeyd edib.

"Bu gün Şimali Koreya tərəfindən gözlənilməz kiçik miqyaslı qəfil hücumları dəf etmək üçün xüsusi olaraq hazırlanmış çox məhdud, yerüstü əsaslı, bir səviyyəli müdafiə sistemimiz var", - o deyib.

"Digər ballistik raket hücumlarına qarşı durmaq üçün çox məhdud imkanlarımız var və əgər qabaqcıl qanadlı raketlərdən danışırıqsa, bu gün hipersəsli silahlara və ya qanadlı raketlərinə qarşı heç bir müdafiəmiz yoxdur", - Berkoviç əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam