Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb

Avropa İttifaqı və Ermənistan bağlantı tərəfdaşlığı sazişini imzalayıblar.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumata görə, sənəd İrəvanda keçirilən Aİ-Ermənistan sammiti çərçivəsində imzalanıb.

Sənədin imzalanması Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutub.

Bildirilir ki, bu tərəfdaşlıq nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

Bundan əlavə, iqtisadi inkişafı sürətləndirmək məqsədilə Aİ, Avropa İqtisadi Məkanı və Ermənistan şirkətləri üçün strateji investisiya layihələrinə dair müraciətlərin qəbulu elan olunub. Rəqəmsal infrastruktur, yarımkeçirici sahəsi, innovasiya ekosistemləri və özəl investisiyaların təşviqi istiqamətində ilkin niyyət məktubları da imzalanıb.

Sammit zamanı həmçinin “Frontex” ilə Ermənistan Daxili İşlər Nazirliyi arasında sərhəd və miqrasiya idarəçiliyi sahəsində əməkdaşlığı gücləndirəcək işçi razılaşmanın ilkin variantı razılaşdırılıb. Bu addım Ermənistanın viza liberallaşdırılması planının icrasına dəstək məqsədi daşıyır.

Liderlər təhlükəsizlik və müdafiə sahəsində Ermənistanda Aİ Tərəfdaşlıq Missiyasının yaradılmasını alqışlayıblar. Ermənistanın müraciəti əsasında Aİ ölkənin dayanıqlığının artırılmasına dəstək verəcək. Bundan əlavə, Ermənistan Silahlı Qüvvələri “European Peace Facility” çərçivəsində indiyədək ümumi dəyəri 30 milyon avro olan ilk yardım paketini əldə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam