Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zakir Fərəcov növbəti səyyar qəbul-görüş keçirib -FOTOLAR

Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib - FOTOLAR
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 8-ci mikrorayon ərazisində sakinlərlə səyyar qəbul-görüş keçirib.

Yenixeberorg.com: Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata məlumata görə, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Bildirilib ki, səyyar qəbul zamanı sakinlərin müraciətləri, onları narahat edən məsələlər və ərazinin sosial-məişət problemləri dinlənilib. Şəhər rəhbəri vətəndaşlarla səmimi söhbət apararaq onların təklif və müraciətlərini diqqətlə dinləyib.

Görüşdə əsasən şəhər təsərrüfatı, kommunal xidmətlər, sosial təminat, məşğulluq və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

 Zakir Fərəcov hər bir müraciətin aidiyyəti üzrə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Səyyar qəbul zamanı şəhər sakinləri ilə birbaşa ünsiyyətin və onların problemlərinin yerində öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və həlli Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biridir.

Görüşdə iştirak edən sakinlər müraciətlərinin dinlənilməsinə və qaldırılan məsələlərə diqqətlə yanaşılmasına görə razılıqlarını ifadə ediblər.

Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib - FOTOLARZakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib - FOTOLAR
Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib - FOTOLARZakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib - FOTOLAR

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam