Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur”

turkiye-yunanistanin-dusmeni-deyil-qonsusudur

“Türkiyə Yunanıstanın düşməni deyil, onun qonşusu və NATO çətiri altında müttəfiqidir”.

Yenixeberorg.biz: Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Türkiyə lideri Yunanıstanda yaxınlaşan seçkilər fonunda Baş nazir Kiriakos Mitsotakis tərəfindən F-35 qırıcılarının satışı ilə bağlı verilən bəyanatların iki ölkə arasındakı yumşalma və danışıqlar mühitinə təsiri barədə suala cavab verib:

“Yunanıstanın və ya başqa qonşularımızın daxili siyasəti ilə maraqlanmaq kimi bir dərdimiz yoxdur. Yunanıstanda seçki olar, hökumət dəyişər, müxalifət dəyişər – bunlar bizim məsələmiz deyil. Bizim məsələmiz Türkiyənin hüquqları, təhlükəsizliyi, Egey və Şərqi Aralıq dənizində sülhün və sakitliyin qorunmasıdır. Bunu bir dəfə çox aydın şəkildə demək istəyirəm: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur, NATO çətiri altında müttəfiqidir”.

Ərdoğan iki ölkə arasındakı münasibətlərin seçki materialına çevrilməyəcək dərəcədə zərif və mühüm olduğunu vurğulayıb:

“Sözügedən müzakirələrə məhz bu bucaqdan baxırıq. Biz öz gündəmimizə fokuslanmışıq və hazırda öz işimizlə məşğuluq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam