Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ASA və AGF arasında əməkdaşlıq memorandumu imzalanıb -FOTOLAR

25 sentyabr 2026-cı il tarixində Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Güləş Federasiyası (AGF) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Yenixeberorg.biz: ASA-nın rektoru Fuad Hacıyevin də iştirak etdiyi tədbirdə Memorandum ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva və AGF-nin baş katibi Pərvin Piriyev tərəfindən imzalanıb. Anlaşmanın əsas məqsədi təhsil, idman, elm və tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihə və proqramların həyata keçirilməsi, güləş idman növünün inkişafına və kütləviləşdirilməsinə, eləcə də yüksəkixtisaslı idman mütəxəssislərinin hazırlanmasına dəstək göstərilməsidir.

Memorandum çərçivəsində idmançıların, məşqçilərin, hakimlərin və digər idman mütəxəssislərinin peşəkar hazırlığı və inkişafı, tələbələr üçün praktiki təcrübə imkanlarının yaradılması, birgə yarış, seminar, təlim və ustad dərslərin təşkili, həmçinin tədqiqatların aparılması istiqamətlərində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Memorandum ASA-nın tədris, elm və ömürboyu təhsil imkanları ilə AGF-nin idman infrastrukturu və praktiki təcrübəsindən qarşılıqlı istifadəyə, istedadlı və perspektivli idmançıların müəyyənləşdirilməsi və inkişafına, tələbə və gənclərin idmana cəlb olunmasına imkan yaradır.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam