Kaya Kallas Aİ ölkələrini mövcud "Patriot" raketləri ehtiyatlarını Ukraynaya verməyə çağırıb

Ukraynaya təcili olaraq əlavə hava hücumundan müdafiə vasitələri lazımdır və Avropa İttifaqı (Aİ) ölkələri öz ehtiyatlarının, o cümlədən "Patriot" kompleksləri üçün Kiyevə raketlərin verilməsi imkanını nəzərdən keçirməlidirlər.
Yenixeberorg.biz-in xəbərinə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə bildirib.
"Ehtiyatları olan dövlətlərin onları Ukraynaya göndərməsi zəruridir. Daha sonra istehsal ediləcək "Patriot" raketləri ilə təhvil verilənlərin yeri doldurulmalıdır", – K.Kallas vurğulayıb.
O, həmçinin bildirib ki, hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı genişmiqyaslı xarakter daşıyır.
"Hər kəsin daha çox hava hücumundan müdafiə vasitəsinə ehtiyacı var", - K.Kallas həm Ukrayna tərəfindən olan tələbat, həm də Yaxın Şərqdəki vəziyyət fonunda istehsalı artırmağın zəruriliyini qeyd edib.









AZ
RU