Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yaponiya Suriyanın bəzi şirkət və qurumlarına qarşı sanksiyaları ləğv edib

Yaponiya hökuməti Suriyanın bəzi şirkət və dövlət qurumlarına, o cümlədən neft, bank və telekommunikasiya sektorunda fəaliyyət göstərən müəssisələrə qarşı tətbiq olunan sanksiyaların ləğvi barədə qərar qəbul edib.

Yenixeberorg.biz xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sanksiyaları ləğv ediləcək qurumlar arasında Suriyanın Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi də yer alıb.

Həmçinin aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyalar Syrian Petroleum Company, Syria Trading Oil Company, Commercial Bank of Syria və Syriatel şirkətlərinə qarşı da aradan qaldırılıb.

Qeyd olunub ki, müvafiq qərar "Suriyadakı vəziyyətin inkişafı və Yaponiya ilə Suriya arasındakı ikitərəfli münasibətlər nəzərə alınaraq" qəbul edilib.

Yaponiya 2025-ci ildə də Suriyaya qarşı bəzi sanksiyaları qismən ləğv edib. Həmin vaxt Industrial Bank, Popular Credit Bank, Saving Bank və Agricultural Cooperative Bank sanksiya siyahısından çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam