Yenixeberorg.az: Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, sammit çərçivəsində Bakı Bəyannaməsi və Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunmasına dair Bəyanat qəbul edilib.
Eyni zamanda, Laos AQEM-in tamhüquqlu üzvü olub.
Azərbaycanın təşkilata sədrliyi səmərəli rəhbərliyinin tanınması olaraq 2026–2028-ci illər üçün uzadılıb.
Bundan başqa, səfir Sultan Hacıyev 2026–2030-cu illər üçün AQEM-in Baş katibi təyin edilib.
Kambocanın müvafiq konvensiyanı ratifikasiya etməsi ilə AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan proses tamamlanıb.
XİN-in məlumatında Asiyada çoxtərəfli əməkdaşlıq, nəqliyyat bağlantıları, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə dair öhdəliklərin yeniləndiyi də vurğulanıb.
Bildirilib ki, Azərbaycan AQEM-in dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi gücləndirilməsinə sadiqdir.









AZ
RU
