Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib-FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və dövlət sərhədinin qanunsuz keçilməsi hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yenixeberorg.az: Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkəti müşahidə edilmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış və dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdür.

“Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Əmrə tabe olmayan sərhəd pozucusu silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açmışdır.

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan şəxsin saxlanılması məqsədi ilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilmiş və sərhəd pozucusu zərərsizləşdirilmişdir.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılmışdır.

Faktla bağlı cinayət işi başlanılmış, hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam