Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb

Cari ilin yanvar-sentyabr aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çatıb. Bu, müvafiq dövr üzrə tarixi rekorddur.
Yenixeberorg.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Səfir qeyd edib ki, Çin Azərbaycanın ən böyük idxal mənbəyi statusunu qoruyub saxlayır. Onun sözlərinə görə, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində iki ölkə arasında əməkdaşlıq dərinləşir, bir sıra mühüm birgə layihələr üzrə müsbət nəticələr əldə olunur.
Diplomat bildirib ki, Çin şirkəti tərəfindən inşa edilən Cənubi Qafqazın ən böyük külək elektrik stansiyasının tikintisi uğurla başa çatdırılıb.
Həmçinin Çinin Azərbaycanda inşa etdiyi 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası ölkənin vahid enerji sisteminə uğurla qoşulub.
Səfir Transxəzər marşrutu üzrə Çin-Avropa yük qatarlarının Orta Dəhlizin əsas yük axınları ilə təmin olunmasında mühüm rol oynadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu marşrut qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinin təmin edilməsinə də töhfə verir.
Lu Mey bildirib ki, cari ildə Azərbaycan ərazisindən keçməklə Transxəzər marşrutu üzrə hərəkət edən Çin-Avropa konteyner qatarlarının sayının da yeni rekorda çatacağı gözlənilir.

Diplomat onu da bildirib ki, qarşılıqlı vizasız rejim Azərbaycan vətəndaşlarının Çinə, eləcə də Çin vətəndaşlarının Azərbaycana səfərlərinin artmasına və humanitar mübadilələrin genişlənməsinə əlverişli şərait yaradır. Səfirin sözlərinə görə, Çində təhsil alan azərbaycanlı tələbələrin sayı təxminən 2 min nəfərə çatacaq.

O qeyd edib ki, Azərbaycanda Çin dilinin öyrənilməsinə maraq da artmaqda davam edir. Statistikaya əsasən, Çin dilini öyrənənlərin qeydiyyatdan keçmiş sayı artıq 10 mini ötüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam