Redaktor seçimi
Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar:
Deputat Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri... –
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Günün xəbəri

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub-FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də Bakıda səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiç ilə görüşüb.

Yenixeberorg.az: Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan–Monteneqro əlaqələrinin müsbət dinamikasından məmnunluq ifadə olunub, ötən dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndiyi qeyd edilib.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığın potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar, qarşılıqlı investisiyalar sahəsində əldə olunan müsbət nəticələri yüksək qiymətləndiriblər.

Humanitar əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, turizm, mədəniyyət və təhsil sahələrində mübadilələrin daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam