Redaktor seçimi
Zaur Mikayılovun oğlunun biznesi ilə bağlı maraqlı detallar üzə çıxdı -
Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar:
Deputat Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri... –
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Günün xəbəri

Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə olunacaq -YENİLƏNİB

Milli Məclisinin noyabrın 27-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

Yenixeberorg.az xəbər verir ki, iclasın gündəliyində 10 məsələ müzakirə olunacaq.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "ExxonMobil Exploration  Production Azerbaijan Limited" şirkəti və "Middle Kura" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası noyabrın 27-də keçiriləcək.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasının yekununda məlumat verib.

O, iclasın gündəliyi haqqında məlumat veriləcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam