Redaktor seçimi
Zaur Mikayılovun oğlunun biznesi ilə bağlı maraqlı detallar üzə çıxdı -
Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar:
Deputat Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri... –
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Günün xəbəri

Nazir: Azərbaycan və Gürcüstan şirkətlərinin iştirakı ilə regiona təsir edən layihələr var

Azərbaycan və Gürcüstan şirkətlərinin iştirakı ilə regiona təsir edən layihələr var
Azərbaycan və Gürcüstan şirkətlərinin iştirakı ilə baş tutan və regiona təsir edən layihələr var.

Yenixeberorg.az: Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.

O deyib ki, bunlardan bəziləri artıq onilliklərdir ki, fəaliyyət göstərir.

"Bu xüsusda Azərbaycandan Gürcüstana yeni təbii qaz təchizatı ilə bağlı müqaviləni, elektrik enerjisinin Gürcüstan üzərindən tranzitini qeyd etmək istərdim".

Nazir daha sonra vurğulayıb ki, üçtərəfli formatda da Azərbaycan və Gürcüstan arasında fəal əməkdaşlıq var və Azərbaycan-Gürcüstan-Türkiyə formatı hazırda ən işlək formatlardan biridir.

"Davamlı üçtərəfli görüşlər keçirilir və yaxın gələcəkdə bu xüsusda görüş Gürcüstanda keçiriləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam