Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“BİR NEÇƏ SAATA “OHANYAN XƏTTİ” DARMADAĞIN OLUNDU!”

aydemirov

 

“Qüvvə və vasitələrimizin hamısını tətbiq etsək erməni xalqının tarixdə yalnız adı qalacaq”

 Azərbaycan Ordusu ilk həmlədəcə ermənilərin “keçilməz” “Ohanyan xətti”ni darmadağın etdi. 

Xeberinfo.com: Bunu “AzeriDefence”yə açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Generalın sözlərinə görə, ermənilərin 20 ildən artıqdır keçilməz müdafiə mövqeləri kimi təqdim etdikləri “Ohanyan xətti”ni Azərbaycan Ordusu cəmi bir neçə saata yarıb.

“Onlar bu müdafiə mövqelərini tarixin məşhur “Majino” və “Mannerheym” xətləri ilə müqayisə eləyirdilər. Amma ömrü cəmi bir neçə saat çəkdi. Nə oldu bəs? Bunu Ohanyana sual verən lazımdır”, – deyə general bildirib.

Y.Aydəmirov qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri öz potensialının cüzi hissəsini istifadə etməklə cəbhədə uğurlu nailiyyətlər qazanır: “Biz qüvvə və vasitələrimizin hamısını tətbiq etsək, erməni xalqının tarix səhnəsində yalnız adı qalmış olacaq. Onlar başlarını işlədib, Sərkisyan-Ohanyan cütlüyünün illərdir xalqını hansı müsibətə sürüklədiyini dərk eləməli, bu gün yaşadıqlarından nəticə çıxarmalı, vaxtları varkən Azərbaycan ərazilərini tərk etməlidirlər. Əks halda gec olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam