Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu - RÜŞVƏT QALMAQALI

zakirsefer
Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi olmuş, son günlərə qədər nazirliyin Hərbi Təhsil İdarəsinin rəis müavini vəzifəsində işləyən Vaqif  Hüseynovla bağlı nazirlikdə rüşvət qalmaqalı yaşanıb.
Xeberinfo.com:   Bu barədə Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Vaqif Hüseynov Müddətdən Artıq Xidmət Etmə və  gizirlərin işə qəbulu ilə bağlı imtahanda rüşvət hallarına yol verib və bu barədə  nazirliyin rəhbər şəxslərinə konkret fakt təqdim edilib. Bundan sonra Vaqif Hüseynov işdən azad edilib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyində daxili araşdırma başlayıb. Məlumatda o da qeyd olunur ki, Vaqif Huseynovla bağlı araşdırmanın nəticəsi Hərbi Prokurorluğa təqdim ediləcək.
Xəbərlə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə etdiyimiz telefon zəngləri cavabsız qaldı. Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam