Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Bakı Metropoliteni”nin ərazisindəki evlər sökülür, jurnalistlər ora buraxılmır

 

    "Xeberinfo.com": Binəqədi rayonunda, 7-ci mikrorayon ərazisində “Bakı Metropoliteni” QSC-nin III növbəsinin şimal sahəsinə daxil olan “Dərnəgül” elektrik deposunun tikintisi ilə bağlı ərazidə olan yaşayış evləri sökülür.
    Məlumata görə, fəaliyyəti dayandırılmış  Beynəlxalq Universitetin yaxınlığında yerləşən əraziyə Çevik Polis Alayının əməkdaşları cəlb olunub. Yaxınlıqda polis postları qurulub. Jurnalistlər əraziyə buraxılmır.
 
Qeyd edək ki, Binəqədi rayonunda, 7-ci mikrorayon ərazisində “Bakı Metropoliteni” QSC-nin III növbəsinin şimal sahəsinə daxil olan “Dərnəgül” elektrik deposunun tikintisi üçün mikrorayonun Xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsində məcburi köçkünlər məskunlaşıblar. Sökülən evlər məcburi köçkünlərə məxsusdur.
 
Hazırda orada yaşayan 6 məcburi köçkün ailəsinə mayın 21-də sonuncu dəfə evlərini tərk etmək üçün xəbərdarlıq edilib. Onlara Abşeron rayonu Mehdiabad qəsəbəsində tikilmiş evlərə köçürülmək təklif olunub.
 
“Bakı Metropoliteni” QSC-dən məhkəmənin ərazinin boşaldılması barədə qərarının olduğu, qərar icra olunacağı bildirilib. Ərazidə yaşayan məcburi köçkünlər isə Abşeron rayonu Mehdiabad qəsəbəsində verilən evlərə köməkdən imtina edirlər.
 
Məcburi köçkünlər evlərinə görə təzminat tələb edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam