Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BENZİN BAHALAŞIR? –Rəsmi açıqlama

Benzin

Azərbaycanda yanacağın qiymətində bahalaşma ola biləcəyi haqda informasiyalar dolaşmaqdadır.

Xeberinfo.com:   Məlumatlara görə, 0,93 AZN-ə satılan “AI-95 Premium” markalı benzin bundan sonra 1,10 AZN-a oalcaq. Bu məlumatlardan sonra ölkədə benzin bahalaşacağı ilə bağlı müəyyən söhbətlər yaranmağa başlayıb.
Məsələyə aydınlıq gətirmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Tarif Şurasından Ölkə.Az-a bildirdilər ki, Azərbaycanın istehsal etdiyi benzin bahalaşmayacaq.
“Benzinin qiymətinin dəyişdirilməsilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.
Qeyd edək ki, Tarif Şurası Azərbaycanda istehsal olunan mal və xidmətlərin qiymətini tənzimləyir. Azərbaycan isə “Aİ-92” markalı benzin istehsal edir. Bahalaşacağı deyilən “Premium Euro-95” markalı benzin isə xaricdən idxal olunur. Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün “AI-95 Premium” markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.

***

Artıq sosial şəbəkələrdə də yanacağın bahalaşma etimalı barədə məlumatlar yayılıb.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, bu gecə yanacaqdoldurma məntəqələrində satılan “Premium” markalı benzinin bahalaşacağı gözlənilir. Bizə verilən məlumatda bildirilir ki, artıq bununla bağlı bütün yanacaqdoldurma məntəqələrinin rəhbərlərinə müvafiq göstəriş verilib. Qeyd edək ki, “Avro-4” standartlarına cavab verən bu benzin növü ölkəmizə Avropa ölkələrindən birindən idxal edilir. Hazırda 1 litri 0,93 AZN-nə satılan benzini sabahdan etibarən hər litri 1,05 AZN-ə satılacağı deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam