Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Müşfiqin heykəlini sökmək ruhsuz insanların işidir” -Musa Yaqub

 

Bu gün böyük Azərbaycan şairi Mikayıl Müşfiqin paytaxtın İnşaatçılar prospektində olan heykəlinin sökülməsinə bir sıra ziyalı və tanınmış ictimai xadimlər sərt reaksiya veriblər.

Xeberinfo.com:  Xalq şairi Musa Yaqub virtualaz.org-a bu xəbərdən kədərləndiyini və belə bir şairin heykəlinə sayğısız yanaşanların mütləq cəzalandırılmalı olduğunu deyib:

“Bu məni çox kədərləndirdi. Müşfiq talecə bədbəxt insan idi, amma şair kimi çox xoşbəxt idi. Cəmi 29 il yaşayıb, amma yaratdıqları mahnılarda, könüllərdə yaşayır. Hələ də bir çox insanlar onun şərəfinə uşaqlarına Müşfiq adı qoyurlar. Bu el məhəbbətidir. Belə bir şairin heykəlinə toxunmaq olarmı?

Müşfiqin heykəlini dağıtmaq ruhsuz, duyğusuz, qədirbilməz insanların işidir. Çox təəssüf ki, indi söz, mədəniyyət maddiləşib. Müşfiqin heykəlini dağıtmaqmı olar?! Bunu edənlər mütləq cəzalarını almalıdırlar”, - deyə M.Yaqub bildirib.

Qeyd edək ki, M. Müşfiqin heykəli “Azəravtoyol” ASC tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmadan qoparılaraq götürülüb. Nazirlik bununla bağlı məhkəməyə müraciət edəcəyini desə də, “Azəravtoyol” ASC heykəli yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq anbarda saxladığını və təmirdən sonra bərpa edəcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam