Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ağsaqqallar Şurasının üzvləri Şəhidlər Xiyabanında- Foto

Ağsaqqallar Şurasının üzvləri Şəhidlər Xiyabanında

 

 

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər

 

Yenixeber.org: Şura üzvləri şəhid məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq: "Azərbaycan xalqı vətən yolunda öz canından keçən şəhidlərini yad edir. Xalqımız şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq".

F. Heydərov sovet ordusunun keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakı və respublikanın digər şəhər və rayonlarında günahsız insanlara qarşı cinayət törətdiyini qeyd edib. Onun sözlərinə görə, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı örnəyidir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hadisələrdən dərhal sonra imperiyanın mərkəzində - Moskvada bu cinayətə etiraz etdi, öz xalqı ilə həmrəylik nümayiş etdirdi. Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin layiqincə qiymətləndirilməsi yolunda böyük addımlar atdı".

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam