Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nazir müavini əlilləri işə götürməyən şirkətlərə tətbiq olunan cərimənin artırılmasını istəyir

 

“Azərbaycanda ərazi bütövlüyü uğrunda əlil olmuş şəxslər mənzillə təmin olunur. Bununla bağlı 2014-2018-ci illəri əhatə edən dövlət proqramı qəbul olunub. Növbəti 4 il üçün də bu proqram qəbul olunacaq, o zaman da bu kateqoriyadan olan əlillər diqqət mərkəzində olacaq”

Yenixeber.org:  bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir müavini əlillərin işə götürülməməsi məsələsinə də toxunub: “Qanunvericilikdə müəssisələrdə əlillər üçün iş kvotası müəyyən edilib. Bu kvotaya əməl etməyənlərlə bağlı cəzalar nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsində bu məbləğ 45 manatdır. Düşünürəm ki, bunu artırmaq lazımdır. Çünki əlili işə götürməyən müəssisə rahatlıqla 45 manatı ödəyə bilər”.

N.Məmmədov qeyd edib ki, əlilliyin təyin olunmasında vətəndaş-məmur münasibəti sıfıra enib: “Əvvəllər bu sahədə xeyli rüşvətxorluq faktı qeydə alınırdı. Bu gün isə demək olar ki, tibbi sosial ekspert komissiyalarının fəaliyyəti ilə bağlı şikayətlər yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam