Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Avropa İttifaqı Rusiya müxalifətinə 6 milyon avro ayırdı –KİV-in gücləndirilməsi və sərbəst toplaşma azadlığı prioritetdir

Avropa İttifaqı (Aİ) Rusiyada vətəndaş cəmiyyətini, eləcə də demokratiyanı müdafiə edən fəalları dəstəkləmək üçün təqribən 6 milyon avro pul ayıracaq.

Yenixeber.org: “Russia Today” xəbər verir ki, bu barədə Avropa Komissiyasının demokratiyaya dəstəklə bağlı yeni layihəsində deyilir. Sənəddə qeyd olunur ki, qrant formasında müsabiqə yolu ilə veriləcək pullar Rusiyada demokratiyanın inkişafı, sərbəst toplaşma və internetdə ifadə azadlığı, vətəndaş cəmiyyəti institutlarının mövqeyinin güclənməsi kimi sahələri əhatə edəcək.

Avrokomissiyanın sənədinə əsasən, qrantın 1,5 milyon avro dəyərində ilk hissəsi yerli səviyyədə Rusiyada qeyri-hökumət təşkilatlarının potensialının güclənməsinə sərf ediləcək. Qrantın qalan hissəsi isə Rusiya kütləvi informasiya vasitələrinin daha azad və müstəqil fəaliyyətinə, eləcə də, sərbəst toplaşmaq azadlığının gücləndirilməsinə istiqamətlənəcək. Bu məqsədlə, qrant alanlar alternativ dialoq və debatlar təşkil etməli, həmçinin, daha geniş auditoriya, xüsusən də gənclərlə işləməlidir.

Lakin Moskvada hesab edirlər ki, Aİ və bütövlükdə Qərb bu cür layihələri maliyyələşdirməklə Rusiyada müxtəlif destruktiv təşkilatların fəaliyyətini dəstəkləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam