Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Prokuror qəbiristanlıqda bibisini öldürən şəxsə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Yenixeber.org: Məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Migirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb.

Xatırladaq ki, M.Migirov daha əvvəl Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam