Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Prokuror Bakıda qonşusunu bıçaqlayan şəxsə cəza istəyib

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Məhərrəmov Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Yenixeber.org:  Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında M.Quliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra M.Quliyevin vəkili çıxış edib. O, müvəkkilinin məcburi köçkün ailəsi olması, dayısı və əmisinin Qarabağ müharibəsində şəhid olmasını nəzərə alınmasını istəyib və cinayətin ictimai təhlükəli olmadığını bildirib.
Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib.
İttiham aktına əsasən, hadisə Bakı şəhərində baş verib. Belə ki, M.Quliyev qonşusu və dostu İbrahim Heydərli ilə məhlədə yerləşən kafedə pivə içib. Bu zaman İ.Heydərli M.Quliyevə siqaret çəkməsinə görə irad bildirib. O, qonşusunun siqaret çəkməməsini bildirib.
Mübhisə edən dostlar sonra kafedən küçəyə çıxıb, söhbətə davam ediblər. Bu zaman M.Quliyev üzərində gəzdirdiyi bıçaqla İ.Heydərlini vurub. Sonra da özü maşınla onu xəstəxanaya aparıb. Həkimlər onun həyatını xilas ediblər.
Məhkəmə istintaqı dövründə İ.Heydərli onu bıçaqlayan M.Quliyevlə barışdığını və şikayəti olmadığını bildirib.
M.Quliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam