Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Qazaxıstan Prezidenti-Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenixeber.org:  Xəbərinə görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan rəqabətqabiliyyətli, dinamik inkişaf edən dövlət kimi iqtisadi, sosial və mədəni-humanitar sahələrdə nailiyyətləri ilə dünya birliyində layiqli yer tutur.

Bununla əlaqədar olaraq arzu edirəm ki, ölkəniz Sizin rəhbərliyiniz ilə daha intensiv inkişaf etsin və xoş məramlarına çatsın.

Ürəkdən inanıram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq bundan sonra da iki ölkənin xalqlarının rifahı naminə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə məsul vəzifənizdə böyük uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzu edirəm.

Ən xoş arzularla".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam