Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Eldar Əzizov Bakının Baş Planından danışdı:"Bu, strateji bir hədəfdir"

Bakının Baş Planının yenidən hazırlanması üçün Azərbaycana böyük ekspert qrupu dəvət olunub. Hazırda ekspert qrupu layihə üzərində işləyir.

Yenixeber.org: Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.

Eldar Əzizov deyib ki, Baş Planın Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və dünya təcrübəsinə uyğunluğu təmin ediləcək.

O bildirib ki, Bakının Baş Planı ilə bağlı layihə sənədi demək olar hazırdır, işlər tamamlanmaq üzrədir: “Tam hazır olandan sonra ictimaiyyətə təqdim ediləcək. Bakının yeni Baş Planı olmalıdır. Bu, strateji bir hədəfdir”. 

Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A.fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam