Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gürcüstan rəsmisindən Putinə cavab: "Bizim vəzifəmiz ölkəmizin suverenliyini müdafiə etməkdir"

Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya prezidenti Vladimir Putinin Gürcüstana uçuşlara qadağa qoymasına münasibət bildirib.

Yenixeber.org: Xüsusi nümayəndə hazırda təhlilin aparılması məqsədilə həmin qərarla bağlı ətraflı informasiya toplandığını deyib.

Z.Abaşidze söyləyib ki, təhlildən sonra məsələ ilə bağlı ətraflı şərh veriləcək: “Bizim əsas vəzifəmiz ölkəmizin suverenliyini və hər bir vətəndaşın marağını müdafiə etmək və ciddi məsələlər üzrə tələsik qərarlardan çəkinməkdir”.

O, Gürcüstan və Rusiya arasında 2012-ci ildən danışıqların aparıldığı Abaşidze-Karasin formatına yenidən baxılacağını istisna etməyib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin yerli aviaşirkətlərə iyulun 8-dən etibarən Gürcüstana uçuşlar həyata keçirməyi qadağan edən qərar qəbul edib.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam