Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bu il Ermənistan ordusunda -425 cinayət törədilib

 

Bu ilin 6 ayı ərzində Ermənistan silahlı qüvvələrində ümumilikdə 425 cinayət hadisəsi qeydə alınıb.

Yenixeber.org: Məlumatı Ermənistan Baş Prokurorluğunun Mətbuat xidməti yayıb.

Baş verən cinayət hadisələrindən 414-nün üstü açılıb. Hesabat dövründə işğalçı ölkənin ordusunda 52 ağır, 14 xüsusi ilə ağır cinayət törədilib. Xüsusi ilə ağır cinayətlərdən 7-si ölüm faktı ilə bağlı olub. 

Son altı ayda Ermənistan silahlı qüvvələrində 159 halda səlahiyyət həddinin aşılması və hərbi nizamnamənin pozulması faktı qeydə alınıb. 11 dəfə hərbi mülkiyyətdən istifadə və onun qorunması qaydalarının pozulması halı baş verib.

Hesabat dövründə silahlı qüvvələrdə vəzifəli şəxslərin 28 dəfə cinayət törətdiyi qeydə alınıb. Bu müddət ərzində cinsi toxunulmazlıqla bağlı bir cinayət hadisəsi baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam