Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mehriban Əliyevaya Qurani-Kərim hədiyyə olundu –FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.

Yenixeber.org: VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan ulu öndər Heydər Əliyev 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də, Məhəmməd Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub. Bir il sonra, yenə də Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid kompleksinin genişləndirilməsi də əksini tapıb. Dövlətimizin başçısı 2005-ci və 2007-ci illərdə buranı ziyarət edib. 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması, onların təbliği, dünyaya çatdırılması istiqamətində çox mühüm işlər görür. Qədim məscidlərimizin bərpası, yeni müasir məscid komplekslərinin inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Birinci vitse-prezident Mehriban Əliyevaya məsciddə müqəddəs Qurani-Kərim hədiyyə olundu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam