Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Bu il-2500-dən çox miqrantın Azərbaycanda yaşaması leqallaşdırılıb

Bu il 2500-dən çox miqrantın Azərbaycanda yaşaması leqallaşdırılıb
"Bu ilin 11 ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı 3 milyondan artıqdır"

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev deyib.
O bildirib ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2 faiz artıqdır: "Bu göstəricinin artması ölkədə miqrantlara qarşı isti münasibətin nəticəsi və onların hüquqlarının qorunmasının bariz nümunəsidir. Bu ilin 11 ayı ərzində ölkə ərazisində 2500-dən artıq miqrantın yaşaması leqallaşdırılıb. Bu gün Azərbaycanda 110 mindən artıq əcnəbi vətəndaş yaşayır və işləyir".
P.Musayev qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında readmissiya haqqında sazişlər imzalanıb və bu gün də uğurla həyata keçirilir: "Geri qaytarılmış Azərbaycan vətəndaşlarının cəmiyyətə reinteqrasiya olunması ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında işçi qrup yaradılıb və bu istiqamətdə uğurlu tədbirlər həyata keçirilir. Hətta miqrasiya siyasətinin inkişafı üzrə beynəlxalq mərkəz bu məsələyə cəlb olunub, konkret layihə həyata keçirilir və bu layihə çərçivəsində insanlara yardım göstərilir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam